Onlayn fotoqrafiya kursunda siz fotoqrafiya əsasları, kompozisiya, studiya və açıq hava şəraitində çəkiliş etməyi, həmçinin fashion və portret fotoqrafiyası, məhsul fotoqrafiyası, qida və maye fotoqrafiyası və Photoshop əsaslarını öyrənəcəksiniz.
Hər dərs mövzulara bölünür və siz öyrənmək istədiyiniz mövzunu seçə bilərsiniz. Hər dərsdən sonra vacib nüansları tam başa düşmək üçün praktika etməyiniz məsləhətdir. Öyrənmə prosesinə nə qədər çox vaxt və diqqət ayırsanız, daha tez foto çəkməyi öyrənəcəksiniz. Hansı ölkədə və ya şəhərdə yaşamağınızın fərqi yoxdur, kursu sizə uyğun olan vaxt öyrənə bilərsiniz, həmçinin aldığınız dərslərlə bağlı suallar verə bilərsiniz.
Burada 14 dərs var, onların hər biri nəzəriyə və təcrübə mühitinə sizi aparacaq. Siz hər şeyi rahat və tələsmədən öyrənə bilməniz üçün video dərslərə uzunmüddətli giriş əldə edəcəksiniz.
Dərs 1
Fotokameralar
Fotokameraların növləri. Müasir kameralara ümumi baxış.
Fotokameraların əsas texniki xüsusiyyətləri.
Meqapiksel sayı.
RAW və JPG arasındaki fərq.
Rəng temperaturu və ağ balansı.
ISO həssaslığı.
Dərs 2
Foto linzalar
Linzaların xüsusiyyətləri.
Fokus məsafəsi.
Foto linzaların növləri.
Diafraqma və shutter speed.
Şəkil dərinliyi.
Avtomatik və əl ilə fokuslanma.
Dərs 3
Kompozisiya
Fotoqrafiyanın əsas istiqamətləri.
Şaquli və üfüqi şəkil formatları.
Sadə kompozisiya texnikası.
Dərs 4
İşıq
Flaş işıqlarının növləri.
Daxili flaş.
Kameradan xaric flaş.
Parametrlər və istifadə qaydaları.
Dərs 5
Gündəlik həyatda fotoqrafiya
Mənzərə fotoqrafiyası.
Səyahət fotoqrafiyası.
Küçədə portret çəkilişi.
Kölgədə çəkiliş.
Reflektorun istifadəsi.
Uzun ekspozisiyadan istifadə xüsusiyyətləri.
Tripoddan istifadə.
Dərs 6
Studiya avadanlığı
İmpulslu işıqların əsas xüsusiyyətləri.
İşıqlandırmanın növləri və effektləri.
İşıq başlıqlarının testləri.
Dərs 7
Beauty və portret fotoqrafiyası
Tipik portret çəkiliş sxemləri.
Fotoqrafın vizajist və saç stilisti ilə birlikdə işləməsi.
Model ilə çəkiliş.
Dərs 8
Fashion fotoqrafiyası
Kommersiya fashion fotoqrafiyasının növləri.
Fotoqrafın stilist, vizajist və saç stilisti ilə birlikdə işləməsi.
Model ilə çəkiliş.
Dərs 9
Açıq havada çəkiliş
Fotoqrafın stilist, vizajist və saç stilisti ilə birlikdə işləməsi.
Təbii, süni və qarışıq işıqla çəkiliş.
Model ilə çəkiliş.
Dərs 10
Məhsul çəkilişi
Məhsul fotoqrafiyasının növləri.
Tipik məhsul çəkiliş sxemləri.
Dərs 11
Yemək çəkilişi
Natürmort kompozisiyasının qurulması.
Yemək fotoqrafiyasının çəkiliş növləri.
Dərs 12
Maye və şüşə çəkilişləri
Şüşə obyektlərin çəkiliş texnikası.
Maye çəkiliş texnikası.
Dərs 13
Photoshop əsasları
RAW fayllarinın ixrac edilməsi.
Ekspozisiya, rəng, kontrast, tonallıq və ağ balansın korreksiyası.
İnterfeys.
Alətlər.
Qatlar və maskalar.
Obyektlərin kəsilməsi.
Fonun təmizlənməsi, ləkələrin çıxarılması.
Retuş əsasları - dəri qüsurlarının aradan qaldırılması.
Üz və bədənin forması ilə işləmək.
Fotoların ölçüsünü çap və sosial şəbəkələr üçün düzgün hazırlanması.
Dərs 14
Fotoqrafdan məsləhətlər
Fotoqrafın avadanlığı, nədən başlayıb nəyə nail ola bilmək olar.
Zövq inkişafı və portfolio yaradılması haqqında.
Çəkiliş qrupu kimlərdən ibarətdir.