Bu kursda siz fotoqrafiya əsasları, kompozisiya, studiya və açıq hava şəraitində çəkiliş etməyi öyrənəcək, fashion və portret fotoqrafiyası, məhsul fotoqrafiyası, qida və maye fotoqrafiyasının əsaslarını təcrübədən keçirəcək və Photoshopun əsaslarını öyrənəcəksiniz.
Kurs nəzəriyyə və təcrübəni əhatə edən, hər bir dərs 2-3 saat olmaqla, 12 dərsdən ibarətdir. Dərslər həftədə iki dəfə keçirilir. Dərslərdə sizə fotokamera lazım olacaq.

Dərs 1
Kompozisiya və kameralar
Fotoqrafiyanın əsas istiqamətləri.
Şaquli və üfüqi şəkil formatları.
Sadə kompozisiya texnikası.
Kameraların növləri. Müasir kameralara ümumi baxış.
Kameraların əsas texniki xüsusiyyətləri.
Meqapiksel sayı.
RAW və JPG arasındaki fərq.
Rəng temperaturu və ağ balansı.
ISO həssaslığı.

Dərs 2
Foto linzalar və işıq
Avtomatik və əl ilə fokuslanma.
Linzaların xüsusiyyətləri.
Fokus məsafəsi.
Foto linzaların növləri.
Diafraqma və shutter speed.
Şəkil dərinliyi.
İşıqlandırmanın növləri və effektləri.
İmpulslu işıq mənbələrinin əsas xüsusiyyətləri.
İşıq başlıqlarının testləri.

Dərs 3
Gündəlik həyatda fotoqrafiya
Mənzərə fotoqrafiyası.
Səyahət fotoqrafiyası.
Küçədə portret çəkilişi.
Kölgədə çəkiliş.
Reflektorun istifadəsi.

Dərs 4
Gecə mənzərələrinin çəkilişi
Uzun ekspozisiyadan istifadə xüsusiyyətləri.
Tripoddan istifadə.

Dərs 5
Camera RAW
RAW fayllarinın ixrac edilməsi.
Ekspozisiya, rəng, kontrast, tonallıq və ağ balansın korreksiyası.
Faylları necə saxlamaq olar.

Dərs 6
Studiya avadanlığı
İmpulslu işıqların əsas xüsusiyyətləri.
İşıqlandırmanın növləri və effektləri.
İşıq başlıqlarının testləri.

Dərs 7
Beauty və portret fotoqrafiyası
Tipik portret çəkiliş sxemləri.
Fotoqrafın vizajist və saç stilisti ilə birlikdə işləməsi.
Model ilə çəkiliş.

Dərs 8
Fashion fotoqrafiyası
Kommersiya fashion fotoqrafiyasının növləri.
Fotoqrafın stilist, vizajist və saç stilisti ilə birlikdə işləməsi.
Model ilə çəkiliş.

Dərs 9
Açıq havada çəkiliş
Fotoqrafın stilist, vizajist və saç stilisti ilə birlikdə işləməsi.
Təbii, süni və qarışıq işıqla çəkiliş.
Model ilə çəkiliş.

Dərs 10
Məhsul və yemək çəkilişləri
Məhsul fotoqrafiyasının növləri və çəkiliş sxemləri.
Natürmort kompozisiyasının qurulması.
Flatlay üslubunda çəkiliş.
Yemək fotoqrafiyasının çəkiliş növləri.

Dərs 11
Maye və şüşə çəkilişləri
Şüşə obyektlərin çəkiliş texnikası.
Maye çəkiliş texnikası.

Dərs 12
Photoshop əsasları
İnterfeys.
Alətlər.
Alətlərin klaviatura vasitəsi ilə daha tez işləmək qaydası.
Qatlar və maskalar.
Obyektlərin kəsilməsi.
Fonun təmizlənməsi, ləkələrin çıxarılması.
Retuş əsasları - dəri qüsurlarının aradan qaldırılması.
Üz və bədənin forması ilə işləmək.
Fotoşəkilin bütövlüklə və ayrı-ayrılıqda rəngi ilə işləmək.
Şəkillərin ağ-qara formatında düzgün çevirilməsi.
Fotoların ölçüsünü çap və sosial şəbəkələr üçün düzgün hazırlanması.
Kursa yazılmaq qaydası:
1. Formanı doldurun
2. Cavab gözləyin
3. Təsdiqləndikdən sonra ilkin ödənişi edin